Logo

Müəllim 7-ci sinifdə oxuyan qızın başını divara çırpıb?

13.01.2022 21:27 1489 baxış
IMG

Son bir ayda Bakıda və ətraf qəsəbələrdə müəllim şiddətinə məruz qalan şagirdlər sosial medianın baş xəbərinə çevrilib. Kimisi müəllimin onu döydüyünü, kimisi təhqir etdiyini, kimisi isə başını dəfələrlə divara vurduğunu iddia edir.

Növbəti belə bir hadisə Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbdə qeydə alınıb. Şagirdin anası iddia edib ki, qızı fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divara şəkil çəkdikləri üçün fənni tədris edən müəllimin zorakılığı ilə qarşılaşıb.

Hadisənin mahiyyətini aydınlaşdırmaq üçün sözügedən məktəbə yollandıq.

Şiddətə məruz qaldığı iddia olunan 7-ci sinif şagirdi ilə görüşə bilmədik. Valideyni Təranə Rüstəmova ilə telefon əlaqəsi saxlayıb hadisənin təfərrüatını öyrəndik: “Hadisə ötən il dekabrın 28-də baş verib. Uşaqlar idman dərsində olub, uşaqlar divarı markerlər yazırlarmış, mənim qızım da yazıb. Uşaqlar özləri də bu haqqda yazıb yəqin ki, eşitmiş olarsınız. Markeri əlindən alıb qızımın başını dəfələrlə divara çırpıb. Sonda da deyib ki, yazdığını sənə yalatdıracam. Bundan snra “məktəbin dostlarını”götürdüm qalxdım direktorun otağına. Özüm həmin sinifinə girmədim, direktorun otağında oturdum ki gedin araşdırın. Oturdum zavuç Səidə xanımla gözlədim. Uşaqlar psixoloji gərginlik keçirmişdilər. Direktor gəlşib qarşımda aciz oturdu və mənə eləcə də Səidə xanıma da dedilər ki, döyülmə var. Uşaqların gözü qarşısında vurulubdur. Bütün bunlardan sonra 2-gün öncə polisə gedib baş verənləri danışdım.

Ekspertiza tələb etdinizmi?

- Özləri dedi mənə, mən dedim ki 12 günə xəsarətin izi qalar?”

Valideyn iddia edir ki, övladının başında ağrılar olsa da, xəsarətin izi qalmayıb: “Niyə dərhal övladınızı həkimə, polikilinikaya aparmadız tibbi rəy üçün?

Döyüldüyünü uşağım mənə gec dedi. Həm də çox elə xəsarət yox idi axı... Mən sona qədər mübarizə aparacam. O, müəllim adına layiq deyil”.

Təranə Rüstəmovanı dinlədikdən sonra 7-ci sinif şagirdini döyüdüyü iddia olunan, ömrünün 27 ilini 117 saylı məktəbdə fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərən Kəmalə Qasımova ilə görüşdük: “Dekabrın 28-i n 4-cü saat dəsrdə idim 9-m sinfində. Jurnal yazırdım. Yazdım, qalxdım ayağa ki, uşaqların geyim otağına baxım, fiziki tərbiyə dərsi olduğundan. İçəri daxil oldum gördüm ki, bu uşaq (Mən izahatımda da bildirmişəm ki, mən o uşağın heç adını da bilmirəm) divarı yazır. Bu günədək mən sözü gedən şagirdə dərsdə keçməmişəm. Gördüm qız söykənib divara yazır. Diqqətimi yazdığı qeyri etik yazıları çəkdi. Çiyninı toxunub dedim ki, qızım divarı niyə yazırsan? Cavabı məni də çaşdırdı “ Əcəb edib yazıram, hamı yazır mən də yazıram . Dedim utanmırsan müəlliməyə belə cavab verirsən markerləri onun əlindən alıb soyunma otağından çıxdım”.

Kəmalə Qasımova deyir ki, artıq hüquq mühafizə orqanlarına müraciət edib:

“Mən şagirdə əl qaldırmamışam. Onun saçılarına əl vurmamışam. Ötən gün isə hüquq mühafizə orqanlarına müraciət etmişəm ki, aydınlıq gətirilsin. Məni sosial şəbəkələrdə təhqir edib. İki gündür sağ qolum quruyub. Bu yalandır və böhtandır. 27 ildir müəllim işləyirəm. Mənim onunla yaşıd nəvəm var, heç vaxt heç bir uşağa əl qaldırmamışam. Bu sadəcə böhtandır. Bununla bağlı dekabrın 29-da direktor da məni çağırdı və haqqımda yazılan izahatın böhtan olduğunu söylədim”.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin də mövqeyini öyrəndik. Bildirildi ki, 117 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəlliminin dərsin təşkilində yol verdiyi nöqsanla bağlı müvafiq araşdırma aparılıb. Nəticə olaraq müəllim intizam məsuliyyətinə cəlb olunub.

Sevinc Vaqifqızı,

Ceyhun Mustafayev

Xəbər lenti