Logo

Bu gün UFAZ-da 425 tələbə imtahan verib

13.01.2022 21:50 370 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.

UFAZ-dan bildiriblər ki, yanvarın 13-də universitetdə 425 tələbə (340 bakalavr, 85 magistr) imtahan verib.

Qeyd edək ki, UFAZ-da bakalavr pilləsi üzrə 4, magistratura üzrə 3 ixtisas var.

Xəbər lenti