Sosial şəbəkədə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində körpəyə qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb.
Görüntülərdə qadın körpəni çörəyi yeməyə məcbur edir və başına şillə vurur.
Daxili İşlər Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır: "Yayılan görüntülərlə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.