Logo

Bu da uşaq vuranların işlədiyi "məşhur" bağça - FOTO

14.01.2022 00:33 1224 baxış
IMG

Ölkədə fəaliyyət göstərən uşaq bağçalarının birində körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülərlə bağlı bir neçə məqam üzə çıxıb.

"Tehsil.biz"in xəbərinə görə, bağça "tərbiyəçi"sinin azyaşlıya qarşı şiddət göstərdiyi olayın İsmayıllı rayonunun Aşağıbaş kənd bağçasında baş verdiyi bildirilir.

Görüntülərdən bəlli olur ki, tərbiyəçi qadın uşağın çörəyi ağzında saxlamasını istəyir, bunu etməyən uşağın başına şillə vurur.

Adıçəkilən uşaq bağçasının instaqram səhifəsinə nəzər saldıqda görünür ki, səhər yeməyi, günorta yeməyi adı altında paylaşılan şəkillər də eynilə həmin formada, "tərbiyəçi"nin zorakılıq göstərdiyi körpədən tələb etdiyi kimi çəkilib.

Xəbər lenti