Logo

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

10.12.2020 11:17 611 baxış
IMG

DİM otk.az portalına doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil (ingilis, fransız, alman) üzrə onlayn sınaq imtahanı əlavə edib.

 

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər. 

 

Namizədlər imtahana  buradan yazıla bilərlər. 

 

Qeyd edək ki, onlayn sınaq imtahanında (№2) 2020-ci il noyabrın 20-də Dövlət İmtahan Mərkəzində keçirilmiş elektron sınaq imtahanındakı test tapşırıqlarından istifadə olunur.

 

Namizədlər onlayn imtahanı başa çatdıran kimi oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə bloku üzrə imtahan nəticələri ilə tanış ola bilərlər. Portal tərəfindən iştirakçıların yazı blokunda yazdıqları essenin qiymətləndirilməsi aparılmır.

 

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür. 

 

Xəbər lenti