İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını vuran tərbiyəçi barədə təhqiqat başlayıb.
Bu barədə "Tehsil.biz"ə DİN-dən məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır:
"Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək".