Logo

Mədəniyyət Nazirliyi layihə əsaslı idarəetmə formasına keçir

14.01.2022 12:01 842 baxış
IMG

"Bu gündən etibarən Mədəniyyət Nazirliyi olaraq layihəyönümlü mərhələyə keçib edirik".

Tehsil.biz xəbər verir ki, bunu mədəniyət nazirinin müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bunun məqsədi ilk növbədə idarəçiliyin təkminləşdirilməsi və gücləndirilməsidir.

"İstəyirik ki, nazirliyin strategiyası və baxışının həyata keçirilməsində effektiv bir alət kimi inkişaf etdirək. Mədəniyyət Nazirliyinin strategiyası Azərbaycan cəmiyyətində dəyər carçısı olmaqdır. İstəyirik ki, nazirlik və nazirliyin tabeliyindəki qurumlar Azərbaycanın tarixindən, ədəbi və bədii irsindən gələn dəyərləri yaşadaraq gələcək nəsillərə ötürsün. Bununla da azərbaycançılığın davamlılığını təmin etsin. Məhz bu ümumi islahat çərçivəsində elan etdiyimiz yanaşmalardan ən vacibi layihə yanaşması idi" - deyə, əlavə edib.

Nazir müavini qeyd edib ki, artıq bununla bağlı bütün sənədlər hazırlanıb və Mədəniyyət Nazirliyi tarixində ilk dəfə belə bir yanaşmanın tətbiqinə başlanılıb.

"Bunun üstünlüyü odur ki, layihə artıq təsbit olunmuş elmi yanaşmadır. Bütün dünyada qarşıda qoyulan məqsədlərə çatmaq üçün ən çox istifadə olunan metodologiyadır. Üstünlük odur ki, hər bir layihənin konkret məqsədləri var və məhdud resrurslarla həyata keçirilir" - o qeyd edib.

Elnur Əliyev onu da bildirib ki, bu yanaşma eyni zamanda nazirlik çərçivəsində koordinasiyanı gücləndirəcək.

"Yəni, şöbələrin bir-birilə əlaqələrini, məlumat paylaşımı təkmilləşəcək. Digər tərəfdən kadr potensialının gücləndirilməsi üçün vacib mərhələdir. Əməkdaşlar artıq layihə alətləri ilə işləyəcək və layihə meneceri kimi fotmalaşacaqlar. Bu da təbii ki strategiyamızın əsas məqsədlərindən olan insan kapitalı baxımından vacib addımdır" - nazir müavini bildirib. (Trend)

Xəbər lenti