Logo

Fənn olimpiadalarına qeydiyyatdan keçənlərin nəzərinə

14.01.2022 12:20 119 baxış
IMG

Respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər 15 yanvar tarixinədək buraxılış vərəqlərini əldə edə bilərlər.

Tehsil.biz xəbər verir ki, şagirdlər qeyd edilən tarixdə saat 18:00-dək https://portal.edu.az/ platforması üzərindən buraxılış vərəqlərini yükləyə və çap edə bilərlər. 

Elm yarışında iştirakına icazə verilən xüsusi istedada malik olan 8-ci sinif şagirdləri isə buraxılış vərəqlərini müvafiq qurumlardan və ya təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi 22 yanvar 2022-ci il tarixində keçiriləcək.

Xəbər lenti