“İsmayıllıda 1 saylı körpələr evində 2 yaşlı uşağın tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı məsələ araşdırılır. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub”.
"Tehsil.biz"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova deyib.
O qeyd edib ki, hər şeydən əvvəl məktəbəqədər təhsil müəssisəsində təhsilverənin psixoloji vəziyyəti qiymətləndirilməlidir: “Bu müəssisələrdə bir ildən bir tərbiyəçilər tibbi psixoloji müayinədən keçirlər. Artıq həmin tərbiyəçi Əmək Məcəlləsinin 70 -ci maddəsinə əsasən vəzifəsindən azad edilib. Uşağın vəziyyəti öyrəniləcək və ailə ilə görüş keçiriləcək”. (Apa)