Logo

Doktorant Tamara Atakişiyevanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib

14.01.2022 13:15 716 baxış
IMG

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının iclasında Tamara Rövşən qız Atakişiyevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Azərbaycan ədəbiyyatında memuar janrında epistemioloji təhlili (Həmidə Məmmədquluzadə, Banin, Manaf Süleymanovun əsərləri əsasında)” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimovanın sədrlik etdiyi iclasda dissertantın elmi rəhbəri prof. Asif Hacıyev, rəyçilər prof. Qorxmaz Quliyev, prof. Akif Hüseynli və kafedradının müəllimləri dos. Tariyel Qəni, dos. Ülviyyə Əliyeva, Hüseyn Hüseynli, Xəyalə Cəfərova, Aysel Həmidova, Aynur Həsənova iştirak edib. Kafedranın müəllimləri prof. Məhərrəm Qasımlı, dos. Lalə Əliquliyeva isə müzakirəyə onlayn qoşulublar. Sədr müzakirə iştirakçılarına iddiaçını təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Xəbər lenti