Logo

BDU aliminin həmmüəllifi olduğu iki məqalə impakt faktorlu jurnalda

14.01.2022 13:59 96 baxış
IMG

Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və Virusologiya Elmi-Tədqiqat Laboratoriyasının müdiri Xudaverdi Qənbərovun həmmüəllif olduğu 2 icmal məqalə Web of Sience bazasında indekslənən jurnalda cap olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

DOI:10.1097/MRM.0000000000000237

DOI:10.1097/MRM.0000000000000258

“SARS-CoV-2 receptor ACE2 and molecular pathway to enter target cells during infectio”n (“İnfeksiya zamanı SARS-CoV virusunun ACE2 reseptoru və hüceyrəyə daxil olma molekulyar yolu”) adlı məqalə Reviews and Research in Medical Microbiology jurnalının 2022-ci il üzrə birinci sayında çap olunub. Məqalədə qeyd olunub ki, yeni SARS-CoV-2, insanlarda kəskin respirator infeksiya yaradn virusdur. Bu virus sahib hüceyrəni dəyişən molekulyar mexanizmlə yoluxdurur. Buna görə də virusun tez və dəqiq diaqnostikası ona qarşı düzgün müalicənin seçilməsində həlledici rol oynayır. Çap olunan icmal məqalədə hazırki dövrdə məlum olan 7 HCoV viruslarının genomunun rekombinasiyası və təkamül nöqteyi nəzərdən müqayisəli analizi aparılmış və SARS-CoV-2 virusunun sahib hüceyrəyə daxil olma yoluna nəzər salınıb. Yekun nəticələr, klinisistlərə koronavirus infeksiyasının yeni səmərəli diaqnostik metodunu hazirlamağa imkan verəcəkdir.

Alimin həmmüəllifi olduğu “Current drugs with potential for coronavirus disease 2019 therapy: a literature review” (“2019-cu il koronavirus xəstəliyinin terapiyası üçün müasir dərman vasitələri: ədəbiyyat icmalı”) adlı icmal məqalə də eyni adlı jurnalda çap olunub. İcmal məqalədə 2019-cu il (COVID-19) koronavirus xəstəliyi ÜST tərəfindən pandemiya kimi elan edilməsi, 2020-ci ildə isə dəqiq terapevtik vasitəsi olmayan və təsdiqlənməyən xəstəlik yer kürəsinə yayıldığı qeyd olunub. Təklif olunan lopinovir və ritonavir preparatları xəstələrin müalicəsində səmərli olmadı, Remdisiver preparatı da ümidləri doğlutmadı. Arbidol və favipiravir preparatları viruslara qası nisbətən yaxşı nəticə göstərdilər. Xəstəliyin ilkin mərhələsində interferonların səmərəli olduğu təsdiq olunmuşdur. Kortikosterollar koronavirus xəstələrində ölüm hallarını azaltmışlar. Son dövrdə insanı rekombinat yolu ilə alınmış enzim-2, niklozamid və ivermentin in-vitro eksperimentlərdə yaxşı nəticələr göstərmiş və onların in-vivo sınaqları koronavirus infeksiyasına nəzarət etməyə imkan verəcəkdir.

Xəbər lenti