Logo

“SABAH Magistratura" proqramı çərçivəsində müəllimlərin işə qəbulu prosesi davam edir

14.01.2022 14:20 432 baxış
IMG

“SABAH Magistratura" proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadılıb.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.

Müraciətlər yanvarın 15-i saat 23:59-dək qəbul olunur.

Xəbər lenti