Logo

UNEC İctimai Nəzarət Şurasının üzvləri qış imtahan sessiyasının gedişini müşahidə ediblər - FOTOLAR

14.01.2022 16:18 162 baxış
IMG

Yanvarın 14-də UNEC İctimai Nəzarət Şurasının üzvləri qış imtahan sessiyasının gedişini müşahidə ediblər.

Tehsil.biz xəbər verir ki, şura üzvləri UNEC-in əsas tədris binasında, həmçinin texniki və texnoloji ixtisasların tədris olunduğu 3 saylı tədris binasında imtahan prosesinin monitorinqini aparıblar.

UNEC-in prorektoru Gəray Musayev şura üzvlərinə tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin şəffaf və obyektiv qaydada keçirilməsi məqsədilə görülən işlər barədə məlumat verib. Bildirib ki, imtahanlar test üsulu ilə keçirilir və hər sessiya dövründə olduğu kimi, bu il də imtahan prosesində tələbələrin müraciətlərinin operativ araşdırılması məqsədilə qərargahlar fəaliyyət göstərir. Həmçinin imtahanlarla bağlı yarana biləcək məsələlərlə əlaqədar tələbələrin onlayn qaydada apelyasiya komissiyasına müraciət etmələri üçün müvafiq şərait yaradılıb. Qeyd olunub ki, sessiya dövründə İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

UNEC İctimai Nəzarət Şurasının sədri, millət vəkili Etibar Əliyev, millət vəkili Arzu Nağıyev, “Modern” Media Qrupunun baş direktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, “Təhsil Şurası” İctimai Birliyinin sədri, professor Hikmət Əlizadə, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri  İlqar Orucov tələbələrin imtahan suallarını elektron qaydada sərbəst cavablandırmalarını, imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu müşahidə etdiklərini vurğulayıblar.

Şura üzvləri oxu zallarında tələbələrin imtahana hazırlıq prosesi ilə də tanış olublar.

Xəbər lenti