İmişli şəhər 4 saylı tam orta məktəbdə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Kikboksinq idman növü üzrə İmişli rayon açıq birinciliyinin çempionu, II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş turnirin qalibi, Kikboksinq üzrə Respublika turnirin qalibi, Bakı idman klubunun açıq birinciliyinin çempionu Tunar Alışlı ilə məktəblilərin görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə vətən uğrunda canından keçən şəhidlərimizin əziz xairəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İmişli RTŞ-nin metodisti Rafiq Musayev çıxış edərək “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəminin olduğunu bildirib. Azərbaycanda idmana göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı və kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.
Sonra Tunar Alışlı həyat və fəaliyyəti eləcədə idmanda qazandığı uğurlar barədə şagirdlərə ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.