Logo

DİM: "Abituriyentlərin çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib"

14.01.2022 16:52 371 baxış
IMG

Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qrupların iclası keçirilib.

Mərkəzdən "Tehsil.biz"ə verilən məlumata görə, hər iki fənn üzrə işçi qruplarının iclasında gündəlik məsələ 2021-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, relevantlıq kateqoriyaları və mövzulara uyğunluq baxımından təhlili olub.

Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqların izahlı şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

İşçi qruplarının növbəti iclası 21 yanvar 2022-ci il tarixində olacaq.

Xəbər lenti