Logo

BŞTİ: "Qarlı hava Bakı məktəblərində davamiyyət göstəricisini aşağı salıb"

14.01.2022 17:34 803 baxış
IMG

Bakıda fəaliyyət göstərən məktəblərdə qeyri-sabit hava şəraiti ilə əlaqədar şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.

Tehsil.biz xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb: "Bu istiqamətdə müvafiq qurum və təşkilatlarla əlaqələr gücləndirilib. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".

Xəbər lenti