Logo

"Bəlkə də vaxtında başına "qapaz" vurulan şəxslərdir ki, o műhitdə formalaşıblar"

14.01.2022 17:59 550 baxış
IMG

"Hər bir bağçada művafiq auditoriyalarda, uşaqların olduğu otaqlarda műtləq kameralar quraşdırılmalıdır".

Bunu "Tehsil.biz"ə təhsil eksperti Elçin Əfəndi ötən gün uşaq bağçalarının birində tərbiyəçinin azyaşlıya qarşı şiddətini şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, belə bir hallar demək olar ki, hər gűn műşahidə olunur və yalnız művafiq olaraq, ya hansısa "Məktəblinin dostu"nun çəkilişindən, ya hansısa praktikantın və yaxud da kiminsə qərəzli-qərəzsiz çəkib paylaşmasının şahidi oluruq: "Təsəvvűr edin ki, gőrűnməyən, çəkilməyən nə qədər belə hadisələr baş verir. Bu isə onu deməyə əsas verir ki, faktiki olaraq istər bağçalar, istər digər műəyyən təhsil műəssisələrində psixoloji cəhətdən, yəni uyğun olmayan şəxslər təhsil sahəsində çalışır və bunun da qarşısını almaq űçűn művafiq olaraq atılan atılmalıdır. İlk olaraq işçi gőtűrűldűyű zaman təbii ki, onların psixoloji durumu yoxlanılmalıdır və məktəblərdə psixoloq həftədə azı 1 saat şagirdlərə psixologiya dərsi keçirilməlidir. Onlara ən azından davranış qaydaları bildirilməli, onların bilik və bacarıqları ilə yanaşı, eyni zamanda psixoloji durumları dəqiq yoxlanılmalıdır. Artıq bağçalar da Təhsil Nazirliyinə verildiyi űçűn bu məsələlərə űmumiyyətlə həssas yanaşılmalıdır".

Elçin Əfəndi bildirib ki, təhsil müəssisələrində neqativ hallarla rastlaşdığımızda uşaqlarımızı harasa əmanət etməyə çəkinəcəyik: "Yaxşı olar ki, bütün uşaq bağçalarına kameralar yerləşdirilsin və həmin gőrűntűləri valideyn uzaqdan rahat izləyə bilsin. Harada olmasından asılı olmayaraq, istənilən vaxt ővladına baxmaq imkanı olsun, onu műşahidə etsin. Bu amil műtləq nəzərə alınmalıdır. Biz ővladlarımızı aparıb harasa etibar edirik və művafiq işlərin dalınca gedirik. Xəbərimiz olmur ki, bizim ővladımıza orada hansı şiddət gőstərilir, ővladımıza qarşı hansı davranış sərgilənir və s. Ona gőrə də bu məqamlar műtləq diqqətə alınmalıdır".

Təhsil eksperti qeyd edib ki, hər il 150-160 min şagird bağçalara műraciət edir: "Hər il 150-160 min şagird művafiq məktəbəqədər hazırlıq qruplarına qoşulur və bu  kifayət qədər ciddi rəqəmlərdir. Sabah başına qapaz vurulan uşaq hansı dűşűncə ilə bőyűyəcək, hansı psixoloji problemləri olacaq biz onu zamanla gőrəcəyik. İndi baş verən hallar ki var, bəlkə də vaxtında həmin o başına qapaz vurulan şəxslərdir ki o műhitdə formalaşıblar. Űmumiyyətlə şiddət yolverilməzdir. Biz bunu artıq nəzərə almalıyıq. İnsan űnsiyyət vasitəsi ilə hər bir şeyi idarə edər, başa salar. Yəni şiddət vəziyyətdən çıxış yolu deyil. Bunu hər birimiz bilməliyik".

Fəqan Əzimli

Xəbər lenti