Logo

“Məktəblinin Dostu” layihəsinin bir çox əməkdaşı könüllü sürətdə ordu sıralarına yazılıb

14.01.2022 18:33 417 baxış
IMG

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan silahlı mübarizədə, o cümlədən Aprel döyüşlərində və Vətən müharibəsində “Məktəblinin Dostu” layihəsinin bir çox əməkdaşı da ölkənin bir-çox gəncləri kimi könüllü sürətdə ordu sıralarına yazılıb.

Tehsil.biz xəbər verir ki, Vətən Müharibəsində “Məktəblinin Dostu” layihəsinin könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciət etmiş əməkdaşlarından 9 nəfəri ön cəbhəyə göndərilib.

“Məktəblinin Dostu” layihəsinin bəzi əməkdaşları Aprel döyüşlərində də iştirak etmiş və yaralanmışdır.

Layihə rəhbərliyində və məktəblərdə fəaliyyət göstərən kişi əməkdaşlardan hər 10 nəfərindən biri Vətən Müharibəsi iştirakçısı kimi Azərbaycan Respublikasının medalları ilə təltif edilib.

Xəbər lenti