Logo

İnformasiya Texnologiyaları İnstitutu ötən il beynəlxalq konfranslara təşkilatçılıq edib

14.01.2022 19:49 66 baxış
IMG

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu “İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiya (2019-2024-cü illər)”, “Azərbaycan Respublikasının 2022-2027-ci illər üçün İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Milli Strategiyası” və “Azərbaycan Respublikasında rəqəmsal transformasiya konsepsiyası” layihələrinə rəylərin hazırlanmasında, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının işində iştirak edib.

Tehsil.biz xəbər verir ki, bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatlara həsr olunmuş onlayn iclasında İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məlumat verib.

O, İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransdan söz açıb. Vurğulayıb ki, rəhbərlik etdiyi elmi müəssisə Rusiyanın Cənub-Qərb Dövlət Universitetində keçirilən “Tanıma-2021” XVI beynəlxalq konfransın, eləcə də Rusiyanın təşkil etdiyi “X Milli Superkompüter Forumu” çərçivəsində keçirilən “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” beynəlxalq konfransının təşkilatçılarından biri olub.

Xəbər lenti