Logo

"Müəllimim saçımı dartıb, əllərimdən vurub, amma..."

14.01.2022 21:05 872 baxış
IMG

Tanınmış aparıcı Pərvin Əsgərli moderator.az-a açıqlamasında azyaşlı uşağın tərbiyəçi tərəfindən təzyiqə məruza qalması ilə bağlı danışıb:

"Dünən sosial şəbəkələrdə bu video görüntünü görəndən sonra çox təsirləndim. O videoda gələcəyin qorxaq anasını, içinə qapanıq, assosial vətəndaşını gördüm. Bu cür tərbiyənin nəticəsində cəmiyyətə belə vətəndaşlar qazandırmış oluruq. İstəməzdim ki, bizim bağçalarımızda belə görüntülər ortaya çıxsın. Amma var, bu, bir reallıqdır. Mən özüm də qız övladı anasıyam, övladıma belə bir qapaz vurulduğunun şahidi olsam, yəqin ki, mən də həmin "təlimçi" haqqında hansısa tədbirin görülməsi üçün əlimdən gələni edərəm. Amma mən özüm böyüdüyüm mühitdə müəlliməm də qohumumuz olub, yeri gələndə saçımı dartıb, əllərimdən vurub. Amma bu nə üçün olub? Mənim yaxşı təhsil almağım üçün. Bu təbliğ olunası bir vəziyyət deyil, amma biz belə bir şəaritdə böyümüşük. Nəticədə gələcəkdə cəmiyyətimizə hər hansı qatqımız varsa, biz bunu öz müəllimlərimizə borcluyuq. Xüsusilə, qeyd etmək istəyirəm ki, belə tendensiyaların olması, müəllimlərin, təhsil işçilərinin bu davranışları və belə səviyyədə yayılması xoşagələn hal deyil. Birinci növbədə, hər şey insanın özündən asıldır. Burada Təhsil Nazirliyi xüsusi bir göstəriş verə bilməz ki, heç kim uşağa əl qaldırmasın. Müəllimlər özlərini psixoloji olaraq hazırlamalı, uşaqlarla söhbət etməlidirlər. Qapaz, sillə vurmaq heç də çıxış yolu deyil. Bunun tərəfarı deyiləm".

Xəbər lenti