Logo

Tərbiyəçinin vurduğu uşağın anasının kimliyi MƏLUM OLDU

14.01.2022 21:37 505 baxış
IMG

Xəbər verdiyimiz kimi, ötən gün sosial mediada və xəbər saytlarında İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsini əks etdirən görüntü yayımlanıb. Bu gün həmin tərbiyəçi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb.

Unikal-ın əldə etdiyi məlumata görə, döyülməyə məruz qalan uşağın anası Gülnarə Mirzəliyeva İsmayıllı Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi işləyir.

Qeyd edək ki, Z.Baxışova körpənin anasının xalasıdır. Buna görə də azyaşlının ailəsi tərbiyəçidən şikayətçi olmayıb.

Xəbər lenti