NASA böyük asteroid 7482-nin (1994 PC1) Yerə yaxınlaşdığını açıqlayıb.
O, yanvarın 18-də planetimizdən iki milyon kilometrə yaxın məsafədə uçacaq.
Asteroidin ölçüsü bir kilometrdən çoxdur. Səma cismini mütəxəssislər “Apollon” sinfinə aid asteroid kimi təsnif edirlər - potensial təhlükəlidir.
ABŞ Kosmik Agentliyindən əlavə edilib ki, bu asteroid 2022-ci ildə Yerə yaxınlaşan göy cisimləri arasında ən böyüyü olacaq.
Asteroid 7482 (1994 PC1) 1994-cü ildə amerikalı astronom Robert Maknaut tərəfindən kəşf edilib.
Mənbə: Mk.ru