Logo

“Rəqəmsal marketinq” istiqaməti üzrə təlimə ərizə qəbulu bu gün başa çatır

15.01.2022 12:14 652 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzində təşkil olunacaq “Rəqəmsal marketinq” istiqaməti üzrə qısamüddətli təlimdə iştirak üçün elektron ərizə qəbulu yanvarın 15-də yekunlaşır.

Agentlikdən bildirilib ki, təlimə uyğun istiqamətlərdə peşə, orta ixtisas və ya ali təhsil almış şəxslər müraciət edə bilərlər. Seçim zamanı əlavə dil bilikləri, kompüterdən ümumi istifadə bacarığı, proqramlaşdırmaya dair baza bilikləri olan şəxslərə üstünlük veriləcək.

İştirakçılar rəqəmsal marketinq, effektiv reklam vermək, media planının hazırlanması, son dövrlərin marketinq texnologiyaları və rəqəmsal məhsulun yaradılması barədə ətraflı məlumat əldə edəcəklər. İştirakçılar, həmçinin videoreklamlar, axtarış sistemlərində ödənişli reklam, veb-analitika, sadə saytın qurulması və elektron kommersiya sahəsində peşəkar bilik və bacarıqlara sahib olacaqlar. Təlim zamanı əldə edilən biliklərin təcrübədə tətbiqi üçün imkan yaradılacaq.

Dərslər həm nəzəri, həm də praktiki hissələrdən ibarət olacaq. Təlimi uğurla bitirən şəxslərə sertifikatlar veriləcək.

Xəbər lenti