Logo

ADNSU-nun 100 illiyinə həsr olunmuş II Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib

10.12.2020 16:00 535 baxış
IMG

Dekabrın 7-8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Fransanın Burgogne-Franche-Comté Universitetinin birgə təşkilatçılığı ilə ADNSU-nun 100 illiyinə həsr olunmuş “Müasir informasiya, Ölçmə və İdarəetmə Sistemləri: Problemlər və Perspektivlər” mövzusunda (MIMCS’2020”) Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib. 

 

 

Tehsil.biz  xəbər verir ki, onlayın formatda keçirilən video-konfransa yerli təşkilatlar, alim və professorlarımızla yanaşı, dünyanın 20-ə yaxın ölkəsindən universitet rəhbərləri, dünyaca  məşhur alim  və professorlar qatılıblar.

 

 

Qeyd edək ki,  eyni mövzuya həsr olunmuş birinci  belə konfrans  1-2 iyul 2019-cu il tarixində ADNSU-da bir sıra ölkələrin nümayəndələrinin iştirakı ilə təşkil edilib. İştirakçıların çıxışları  konfrans materiallarında tezislər toplusu və məqalə kimi nəşr olunub.

 

 

II Beynəlxalq Elmi-Praktik Konfransın açılış mərasimində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycan Ordusunun şanlı qələbəsi münasibəti ilə hər kəsi təbrik edib.  Bildirib ki, bu il ADNSU-nun universitet olaraq fəaliyyətə başlamasının 100 ili tamam olur. Azərbaycanın şanlı qələbəsi 100 illik yubileyimizi daha da əlamətdar edib. Sonra rektor M.Babanlı konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, belə konfransların təşkili elmi fəaliyyətin genişləndirilməsi və əlaqələrin inkişafı baxımından çox vacibdir. Rektor  konfransın təşkilaçılarına təşəkkür edərək iştirakçılara uğurlar arzu edib.

 

 

Konfransada Mühəndislik və sosial elmlərdə innovativ texnologiyalar, Kompüter şəbəkələri, Telekommunikasiya texnologiyaları, İnformasiyanın qorunması üsulları və vasitələri, İnformasiya təhlükəsizliyi, Kiber təhlükəsizlik, Ölçmə və nəzarət sahəsində qabaqcıl informasiya texnologiyaları, İntellektual məlumat sistemləri, sensorlar və ölçmə sistemləri, İnteqrasiya edilmiş idarəetmə sistemləri, Süni intellektə əsaslanan qərar vermə, Avtomatika və İdarəetmə Mühəndisliyi və digər vacib mövzularla bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

 

ADNSU-nun Cihazqayırma kafedrasının müdiri,  texnika elmləri doktoru Lalə Bəkirova konfrans haqqında iştirakçılara məlumat verərək bildirb ki, konfransa 500-ə yaxın material təqdim olunub. Bu materiallar teziz və məqalə formasında qəbul edilib. Seçilmiş məqalələr (4-8 səhifə) müvafiq araşdırmalardan sonra nüfuzlu jurnallarda dərc olunacaq.

 

 

İki gün davam edən konfrans maraqlı elimi müzakirələr və məruzələrlə davam edib.

Xəbər lenti