Kulis.az saytı dünya ədəbiyyatında klassikə çevrilmiş böyük yazıçıların məzar daşları üzərində yazılan poetik ifadələri təqdim edir.
Vilyam Şekspir (1564-1616)
“Bu məzarı qoruyanı Tanrı qorusun, sümüklərimi oynadanı lənətləsin!”
Fyodr Dostoyevski (1821-1881)
“Bir buğda dənəsi torpağa düşüb ölməsə tək qlacaq, ölsə çoxalacaq”
Xorxe Luis Borxes (1899-1986)
“Qorxma!”
Vircinia Vulf (1882-1941)
“Sənə doğru sovrulacam - yenilmədən, baş əymədən, ey Ölüm!”
Oskar Vayld (1854-1900)
“Öldü, amma hər şey bitmədi,
Qırıq ölüm çömçəsini mərhəmətin,
Başqasının göz yaşı dolduracaq!
Axıb gedəcək yaşamağın çayları,
Bütün lənətli, seçilmiş insanlar
Onun əbədi yasını tutacaq...”
F. Skot Fildşerald (1896-1940)
“Axına qarşı duran qayıqlar – biz, səfər edəcəyik indi. Geriyə qayıtmadan. Keçmişə çırpılıb atılsaq da, nə qəm?!”
Emili Dikinson (1830-1886)
“Doğum: 10 Dekabr, 1830
Qayıdış: 15 May, 1886”.
Çarlz Bukovski (1920-1994)
“Əsla cəhd etməyin!”
Silvia Plat (1932-1963)
“Alov dilləri arasında qızıl nilufərlər becərmək olar”.