İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçinin şiddət göstərdiyi uşağın atası Rəşid Baxşəliyev danışıb
Oxu.Az bildirir ki, Rəşid Baxşəliyev tərbiyəçinin qohumu olduğunu və uşağı ərkyana vurmaq istədiyini deyib.
“Ola bilsin ki, o, ərkyana vurmaq istəyib, amma bərk alınıb. Amma nəticədə övladıma şiddət göstərib. Şikayətim yoxdur”, - deyə o əlavə edib.
Qeyd edək ki, Təhsil Nazirliyi İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağın başına vuran Zülfiyyə Baxışovanı işdən çıxarıb.
https://www.instagram.com/tv/CYwKZ8JqyRJ/?utm_medium=copy_link