Logo

“Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar” mövzusunda vebinar keçirilib

10.12.2020 16:05 461 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar” mövzusunda vebinar keçirilib. Vebinarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Elşad Əliyev, BDU-nun humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov, Hüquq və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbələri və magistrantlar iştirak ediblər.

 

Vebinarı giriş sözü ilə açan Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Geniş məruzə ilə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Elşad Əliyev Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı həyata keçirilən layihələr və perspektivdə görüləcək işlər barədə vebinar iştirakçılarına məlumat verib. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov çıxışında belə vebinarların tələbə və magistrların bu istiqamətdə geniş bilgilərinin formalaşmasının vacibliyini vurğulayıb.

 

Vebinar tələbə və magistrantların mövzu ətrafında sualları ilə davam edib.

Xəbər lenti