Logo

Dünya reytinq siyahısındakı ən qədim universitetlər

16.01.2022 14:41 860 baxış
IMG

Təhsil ocaqları yüz illər bundan qabaq yaranmağa başlasa da, heç də onların hamısı zamanın sınağından uğurla keçib bu günə çata bilməyiblər. Onların bir hissəsi ayrı-ayrı kolleclərə bölünmüş, bir hissəsi isə zamanla ayaqlaşaraq modernləşmişdir.

Bu günə kimi qədimliyini qoruyub saxlayan universitetlər təkcə görünüşü ilə deyil, əsaslı təhsil sistemi ilə də diqqəti cəlb edir. Binaları qədim olsa da, təhsilləri bütün yeni standartlara cavab verir.

Bolonya universiteti

Universitetin şüarı latın dilindən “elmlərin anası” kimi tərcümə edilir. Dünyanın ən qədim universiteti statusuna malik olan universitet yarandığı vaxtdan etibarən daim fəaliyyətdə olub. İlk vaxtlarda ancaq doktorantura təhsili verən müəssisə, bu gün ali təhsilin bütün pillələrində təhsil təklif edir. Univeritet İtaliyada, eyni adlı şəhərdə yerləşir və 1088-ci ildə qurulub. Hazırda 85.000-də artıq tələbəsi var. Məşhur məzunları arasına 3 papa və çoxsaylı biznesmenlər və italiyalı siyasətçilər aiddir. Hazırda dünya reytinq siyahısında 177-ci pillədədir.

Oksford universiteti

Məzunları siyahısında Stefan  Haukinq, 27 Britaniya baş naziri, 20 Kenteburi arxiyepiskopu, 27 Nobel laureatı, 50 Nobel mükafatı sahibi olan universitet İngiltərədə yerləşir. Universitetin təməlinin nə vaxt qoyulduğu dəqiq bilinməsə də, tədris prosesi 1096-cı ildən başlayıb. Hazırda dünya reytinq siyahısında 4-cü pillədə qərarlaşan Oksford, sözün əsl mənasında, dünyanın ən qədim və yüksək keyfiyyətli təhsil müəssisəsidir. Burada 24.000 tələbə təhsil alır və ən böyük universitet nəşriyyatı adı da məhz bura məxsusdur.

Salamanka universiteti

Salamanka Xristofer Kolumbun səfərinə kral dəstəyi almaq üçün mübarizə apardığı yerdir. Universitet Madrid şəhərinin qərbində yerləşir. 1134-cü ildə inşa edilmiş universitet Palensiyadan sonra İspaniyanın ən qədim universitetidir. Reytinq siyahısında 601-650-ci pillələrdə yerləşən müəssisədə 30.000 tələbə təhsil alır.

Paris universiteti

1160-1250-ci illər arasında inşa edilmiş universitet paytaxt Parisdə yerləşir. Müəssisə Avropanın ilk təsis edilmiş universitetlərindən biri kimi bilinir. 1970-ci ildə universitet 13 müstəqil hissəyə bölünüb. Bölgüdəki universitetlərdən ən məşhuru reytinq siyahısında 13-cü pillədə gələn Sarbon və Panteon-Sarbon universitetləridir.

Kembric universiteti

Universitet 1209-cu ildə Böyük Britaniyada inşa edilib. Reytinq siyahısında 7-ci yerdədir. Tibb sahəsində güclü təhsil təklif edir. Universitetdə 19.200 tələbə təhsil alır ki, bunların 4500-ü qeyri-Avropa ölkələrindən gələn tələbələrdir.

Padua universiteti

1222-ci ildə inşa edilib. İtaliyada yerləşir. 234-cü pillədə qərarlaşıb və astronomiya, hüquq, tibb və fəlsəfə sahələrində diqqətəlayiq təhsil təklif edir. Hal-hazırda universitetdə 62.000 tələbə tədris alır.

Xanım Xəlilova

Xəbər lenti