Məşhur italyan modelyer Nino Çerruti 91 yaşında vəfat edib.
Tehsil.biz axşam.az-a istinadən bildirir ki, modelyer bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.
Qeyd edək ki, Çerruti ilk kişi kolleksiyası "Hitman"ı 1957-ci ildə Milanda təqdim etdikdən sonra məşhurlaşıb. "Cerruti" brendini yaratdıqdan sonra Maykl Duglas, Cek Nikolson, Bryus Uillis, Şeron Stoun, Culiya Roberts, Robert Redford, Al Paçino kimi aktyorlarla əməkdaşlıq edib, onlar üçün geyimlər hazırlayıb.