Logo

Şagird təhsil aldığı tam orta məktəbə getməkdən imtina edib

17.01.2022 11:10 2783 baxış
IMG

Abşeronda 8-ci sinif şagirdi təhsil aldığı tam orta məktəbə getməkdən imtina edib.

Məktəbdəki mənbənin Oxu.Az-a bildirdiyinə görə, buna səbəb 2019-cu ildən ona dərs deyən bir müəllimin şagirdə mütəmadi fiziki şiddət şiddət göstərməsidir. Söhbət Ceyranbatan qəsəbəsi, bir nömrəli tam orta məktəbdən gedir.

İddia olunur ki, sözügedən təhsil müəssisəsinin riyaziyyat müəllimi A.Məmmədova 2019-cu ildə E.A. adlı şagirdi fiziki şiddətə məruz qoyub. Elə həmin il şagirdin valideyni oğlunun şiddətə məruz qalması ilə bağlı məktəb rəhbərliyinə ərizə ilə müraciət edib.

Mövcud məsələ ilə bağlı Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbi ilə əlaqə saxladıq. Məktəbdən faktı təsdiq ediblər.

Xəbər lenti