Tanınmış yunan rəssamı Alekos Fassianos 86 yaşında dünyasını dəyişib.
Kulis.az rus mediasına istinadən xəbər verir ki, ömrünün son illərində sağlamlığı ilə bağlı ciddi narahatlıqlar keçirən Fassianos öz evində ailə üzvlərinin və doğmalarının əhatəsində təbii səbəblərdən vəfat edib.
Fassianos yunan, fransız şair və yazıçılarının kitabları üçün illüstrasiyalar çəkib. O, həmçinin qədim dramlar və müasir əsərlər əsasında tamaşaların yaradılmasında Yunanıstanın Milli Teatrı ilə quruluşçu rəssam və geyim rəssamı kimi əməkdaşlıq edib. Onun əsərinin bir çox elementlərində yunan mifologiyasına istinadlar var.
Fassianos əsərlərinin bir çoxu Afina, Paris, Tokio, Nyu-York, San-Paulo da daxil olmaqla dünyanın müxtəlif ölkələrində muzey və qalereyalarda saxlanılır.