Beynəlxalq tibbi fondun general direktoru, həkim Yaroslav Aşixmin Omikron ştammının əvvəlki koviddən çox fərqli simptomlar vermədiyini açıqlayıb.
Tehsil.biz xəbər verir ki, həkim 2 əsas əlamətə diqqət çəkməyi tövsiyə edir. Çünki insanlar bu simptomları tamam başqa səbəblərdən bilir.
“Yoluxmadan 1-2 gün sonra qəfil, heç bir qida pozuntusu olmadan ishal, mədə ağrısı, qarın ağrısı ola bilər. Sonra xəstəni sanki soyuq bürüyür, o titrədir. Zəiflik, halsızlıq, içində qəribə boşluq hiss edir. Ondan sonra hərarət, öskürək qoşulur”.
Vaksin olunanlar da eyni cür keçirə bilər. Onlar hətta vəziyyətləri normallaşandan sonrakı bir neçə gündə də virus zərrəciklərini ağız burun nahiyədən ətrafa yaya bilərlər. (Medicina.az)