Logo

Azərbaycanda məktəb direktorları və müavinlərinin maaşları artırılıb

17.01.2022 18:25 3692 baxış
IMG

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və müavinlərinin maaşları artırılıb.

Tehsil.biz xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyənləşib.

Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Xəbər lenti