Logo

“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının təqdimatı keçirilib

17.01.2022 20:03 856 baxış
IMG

Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan povilyonunda dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında böyük rus şərqşünas alimi E.Bertelsin ötən əsrin 40-cı illərində yazdığı “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən ərəb dilinə tərcümə olunaraq çap olunmuş nəşrinin təqdimatı olmuşdur.

Tehsil.biz xəbər verir ki, mərasimi Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Nizami Gəncəvinin Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi ən qüdrətli dühalardan biri olduğunu vurğulayaraq, böyük şairi 900 ilə yaxın bir müddət ərzində ürəklərdə yaşadan əsas amilin məhz onun öz əsərlərində ümumbəşəri ideyaları, mənəvi dəyərləri, xalqlar arasında dostluğu, insanlar arasında bərabərliyi və digər mənəvi dəyərləri tərənnüm və təbliğ etməsindən ibarət olduğunu bildirmışdir. Natiq bu gün həm də bir il öncə xalqımızın 30 illik həsrətinə son qoyan, Ali Baş Komandan, hörmətli cənab Prezidentimizin müzəffər rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində böyük Zəfər qazanan Azərbaycan ordusunun tarixi qəhramanlığından, xalqla Prezidentin möhkəm birliyindən bəhs edən “Dəmir yumruğun gücü”  adlı kitabın Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərəb dilində nəşrinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ərəb dilində nəşr etdiyi “Azərbaycanın qadın ziyalıları” kitabları da ərəb ictimaiyyətinə  təqdim olunduğunu diqqətə çatdırmışdır.

Sonra çıxış edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli belə möhtəşəm beynəlxalq sərgidə 3 mühüm kitabın eyni zamanda təqdim olunmasını böyük hadisə hesab edərək bunların məhz Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi uğurlu layihələrdən biri olduğunu qeyd edərək, Milli Kitabxananın direktoru K.Tahirova, Türk Mədəniyyəti və irsi Fondunun prezidenti G.Əfəndiyevaya və hər iki kitabın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Əhməd Samiyə və Azərbaycanın Qətərdəki səfirliyinin əməkdaşlarına təşəkkürünü bildirmişdir. Sonra tədbirdə Qətər Milli Kitabxanasının direktoru,  səfirliyin nümayəndəsi və Qətərdə yaşayan və işləyən mütəxəssislər çıxış etmişlər. Tədbirin sonunda hər üç kitabın nüsxələri tədbir iştirakçılarına paylanmış və onlar Azərbaycandan gətirilmiş milli mətbəxinəmizin ləziz nümunələrinə qonaq edilmişlər. Qətər Beynəlxalq Kitab Sərgisi yanvarın 22-dək davam edəcəkdir.

Xəbər lenti