Logo

Berlindəki balaca soydaşlarımıza Azərbaycan dili tədris edilir - Fotolar

18.01.2022 14:34 470 baxış
IMG

Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin nəzdindəki kurslara kiçik yaşlı soydaşlarımız cəlb olunublar.

Tehsil.biz Qafqazinfo-ya istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, bu ilin yanvar ayından başlayan kurslarda balacalara Azərbaycan dili, ədəbiyyatı və tarixindən dərslər tədris ediləcək. Bununla yanaşı, tarixi Vətənlərini daha yaxından tanıtmaq məqsədilə kiçik soydaşlarımıza Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti barədə ətraflı məlumatlar təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan musiqisinə həsr edilən ilk dərs balacalarda böyük maraq doğurub.

Xəbər lenti