Logo

Nuru Paşanın gizli yığıncaq keçirdiyi ev baxımsız vəziyyətdədir - VİDEO

18.01.2022 15:40 744 baxış
IMG

Salyanda Nuru paşanın gizli yığıncaq keçirmək üçün istifadə etdiyi ev dağılmaq təhlükəsi ilə üz-üzədir.

Yaşı iki əsrdən çox olan bu tikili yerli bəylərdən birinə məxsus olub. Evin bütün avadanlıqları, materialları çay vasitəsilə gətirilib. İnşa olunan evin divarının qalınlığı 80-120 sm, otaqların hündürlüyü isə dörd metr olub. Evin tikintisində daha çox qırmızı kərpicdən, sementi əvəz edən kirəcdən istifadə olunub. Tikilinin həyətindəki qədim kərpic quyu da öz varlığını bu günə qədər qoruyub.

Qeyd edək ki, Kür çayı vasitəsilə Salyan və Neftçalaya soxulmaqla 1918-ci il Mart soyqırımını davam etdirmək istəyən ermənilərə qarşı tarixi döyüşün hərbi planları məhz bu evdə qurulub.

Nuru paşanın rəhbərlik etdiyi bu yığıncaqda iştirak edən vətənpərvərlər sonradan, ötən əsrin 30-cu illərində ermənilərin “səy”i nəticəsində Sibirə sürgün olunub. Özündə böyük bir tarixi yaşadan evin qorunması hələ ki yerli sakinlərin imkanları ilə reallaşır. Maddi-mədəni dəyər daşıyan bu iki əsrlik ev hər hansı dövlət reyestrinə daxil edilməyib.

Daha ətraflı Baku TV-nin süjetində:

Xəbər lenti