Logo

"Bu hərəkəti dayandırsaq, faciə baş verər”- Professor

18.01.2022 16:27 476 baxış
IMG

"Ölkəmizdə təhsilalanların sayı 1,6 milyon, təhsilverənlərin sayı 150 min nəfərdir. Ali məktəbdə təhsil alanlarımızın sayı təqribən 100 min nəfər, alim və müəllimərin sayı 30 min nəfərdir. Hər bir təhsil alanın valideynlərini də nəzər alsaq, görərik ki, Azərbaycan cəmiyyətinin yarısı təhsil qayğıları ilə yaşayır. Başqa cür ifadə etsək, cəmiyyətimiz təhsil oxu ətrafında fırlanır”.

Tehsil.biz xəbər verir ki, bu fikirləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.​

Professor vurğulayıb ki, əgər bu hərəkət dayansa, o zaman fəlakət baş verər: “Biz bu hərəkəti dayandırsaq, faciəvi hadisələrlə qarşılaşa bilərik. Bu səbəbdən biz istənilən pandemiya şəraitində təhsil verməyi bacarmalıyıq. Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə ciddi əməl etməklə, ənənəvi üsulla təhsili hökmən davam etdirməliyik”.

BakuPost

Xəbər lenti