Logo

Məktəbli qız dəm qazından zəhərlənərək öldü

18.01.2022 17:19 649 baxış
IMG

Göyçay rayonunda zəhərlənən məktəbli ölüb.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şıxəmir kəndində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü İsmayılova Aysun Habil qızı yaşadığı evdə zəhərlənib. Onun maye qazın otağa dolması nəticəsində zəhərləndiyi ehtimal olunur.

Hadisə zamanı ailə üzvləri evdə olmayıb. Atası Habil İsmayılov evə qayıdarkən qızın halının pis olduğunu görüb, onu dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Vəziyyəti ağırlaşan Aysun İsmayılova müalicə üçün təcili olaraq Bakıdakı Respublika Toksikoloji Mərkəzinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Aysun İsmayılova dünyasını dəyişib.

Qeyd edək ki, Məlikkənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi olan Aysun İsmayılova əmisi oğlu ilə nişanlı olub. Aysunun evdə maye qazdan və ya hansısa başqa səbəbdən zəhərlənməsi barədə hələlik dəqiq məlumat yoxdur. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay Rayon Şöbəsinə aparılıb, nümunələr götürülüb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti