Logo

Prezident Rövşən Rzayevi təltif etdi

18.01.2022 18:40 298 baxış
IMG

Prezident İlham Əliyev Rövşən Şükür oğlu Rzayevi “Şöhrət” ordeni ilə təltif edib.

Tehsil.biz xəbər verir ki, ölkə başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Rövşən Rzayev Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, R.Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir və 20 yanvarda 60 yaşı tamam olur. 

Xəbər lenti