2021-2022-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsil müəssisəsində 63,1 min tələbə təhsil alıb. Onların 61,6 faizini qadınlar təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 11 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 26 elmi təşkilatda təhsil alanların sayı 212,2 min nəfər olub ki, onların da 49,3 faizini qadınlar təşkil edib.