Logo

UNEC-in əcnəbi tələbələri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

18.01.2022 20:06 525 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əcnəbi tələbələri Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qurban getmiş 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad ediblər.

Bu barədə UNEC-dən bildirilib. Əcnəbi tələbələr UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan memorial-xatirə kompleksinin önündə şəhidlərimizin xatirəsini anıblar.

Onlara 20 Yanvar - Ümumxalq Hüzn Günü barədə məlumat verilib.

Sonra əcnəbi tələbələr UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Beynəlxalq əməkdaşlıq departamentinin birgə təşkilatçılığı ilə Şəhidlər xiyabanını ziyarət ediblər.

Xəbər lenti