Logo

Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarının yüksək nəticələri

19.01.2022 11:53 333 baxış
IMG

Cüdo idman növü üzrə yeniyetmələr arasında Respublika birinciliyi keçirilib.

Tehsil.biz xəbər verir ki, birincilikdə ölkənin müxtəlif rayon və şəhərlərindən olan klub, cəmiyyət və idman təşkilatlarından 570 idmançı iştirak edib.

Yarışa Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 224 idmançı qatılıb. Onlardan 11 nəfər I yeri, 7 nəfər II yeri, 15 nəfər isə III yeri tutub.

Mәktәblәr üzrә respublika birinciliyindә qızıl, gümüş, bürünc medal qazanmış idmançılar

Xəbər lenti