Logo

“Yazı bacarığının sinif otağında tətbiqi” mövzusunda virtual seminar təşkil olunacaq

19.01.2022 12:30 322 baxış
IMG

Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamenti tərəfindən yanvarın 28-də “Yazı bacarığının sinif otağında tətbiqi” mövzusunda virtual seminar təşkil olunacaq.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, seminar “ MS Teams” platformasında Sietldəki Vaşinqton Universitetinin baş ingilis dili müəllimi, yazıçı və professor Meri Key Silis tərəfindən keçiriləcək.

Bütün ingilis dili müəllimləri seminarda iştirak etməyə dəvət olunurlar.

Xəbər lenti