Logo

Mamalıq-ginekologiya ixtisası üzrə rezidentlərin seminarı keçirilib

19.01.2022 12:47 677 baxış
IMG

ATU-nun Tədris Cərrahiyyə Klinikasında mamalıq-ginekologiya ixtisası üzrə rezidentlərin növbəti seminarı keçirilib. 2014-cü ildən etibarən ənənəvi olaraq təşkil edilən bu tip tədbirlərdə rezidentlər əvvəlcədən planlaşdırılmış müasir mövzular üzrə hazırladıqları məruzələri təqdim edirlər. Bu dəfə də seminarda maraqlı mövzular üzrə məruzələr səsləndirildi. 

Tehsil.biz xəbər verir ki, tədbirin əvvəlində ATU-nun 1-ci mamalıq ginekologiya kafedrasının müdiri prof Elmira Əliyeva  və ATU  Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, uşaq cərrahlığı kafedrasının assistenti   Namiq Xəlilov giriş sözü ilə çıxış ediblər.

Seminarda həkim rezident İlahə Çərkəzli (rəhbəri dos Fəridə Abbasova) "USM və hamiləlik" aktual mövzusu ilə çıxış edib. Məruzədə 1-ci trimestrdə  hamiləliyin patologiyasının aşkarlanması, 2-ci və 3-cü trimestrlərdə hamiləliyin inkişafına dair məsələlər yer alıb. 

Maraqla dinlənilən məruzədən sonra sual-cavab sessiyası keçirilib. 

Qeyd edək ki, seminarda həmçinin prof. Səadət Sultanova, dos İradə Sultanova, dos Fəridə Abbasova, ass. Nurlana Həsənova, ass Tərlan Cəfərova, klinikanın və 1 -ci mamalıq ginekologiya şöbəsinin rezidentləri iştirak ediblər.

Xəbər lenti