Logo

Azİİ e-Kitab Evində 20 Yanvar faciəsi ilə bağlı kitab sərgisi təşkil olunub

19.01.2022 13:24 321 baxış
IMG

19 yanvar 2022-ci il tarixində Azİİ e-Kitab Evində  Azərbaycanın suverenlik uğrunda şəhidlər verdiyi Qanlı Yanvar faciəsi ilə əlaqədar kitab sərgisi təşkil olunub.

Tehsil.biz xəbər verir ki, sərgidə 20 Yanvarın hadisəsinin Azərbaycan tarixində qanla yazılmış bir səhifə, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü  olduğunu, həmçinin uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu əks etdirən kitablar, salnamələr, fotolar, jurnallar, dövri mətbuat və digər materiallar geniş yer alıb.Ümumilikdə sərgidə 50-dən çox eksponat sərgilənib.

Artıq tarixə çevrilən 1990-cı il 20 Yanvar hadisələrindən ötən illər  ərzində tariximizin qəhrəmanlıq səhifəsi haqqında həqiqətləri gələcək nəsillərə çatdırmaq üçün yazılan çoxsaylı tarixi, siyasi, elmi, publisistik və bədii əsərlərdən xeyli sayda  Azİİ e-Kitab Evinin elektron kataloquna və bazasına daxil olunaraq oxucuların istifadəsinə verilib.

Xəbər lenti