Logo

Kimya fakültəsində “Şəhidlərimizin əziz xatirəsinə” adlı tədbir keçirilib

11.12.2020 12:06 618 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində “Şəhidlərimizin əziz xatirəsinə” adlı onlayn tədbir keçirilib.

 

“Microsoft Teams” platforması üzərindən baş tutan tədbirdə Kimya fakültəsinin dekan müavinləri, fakültənin professor-müəllim heyyəti və tələbələr iştirak edib.

 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimiz ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə dekan müavinləri Taleh Qəhrəmanov və Fuad Kərimli, kafedra müdirləri İbrahim Məmmədov, Rasim Aliosmanovun Şəhidlərin əziz xatirəsinə həsr olunmuş çıxışları dinlənilib. Çıxışlarda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəzinə ucalan qəhrəmanlardan, döyüşlərdə göstərdikləri igidliklərindən, onların sayəsində qazandığımız Qələbə münasibətilə Azadlıq meydanında keçirilən Zəfər paradından bəhs edilib.

 

Daha sonra tələbələr tədbirdə şəhidlərimizin qəhrəmanlığı, Qarabağ və vətən müharibəsi haqqında çıxış ediblər. Çıxışlarda şəhidlərin canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmadığı, şəhidlərin xalqın kimliyini, mənliyini qoruyan müqqəddəs insanlar olduğuna diqqət çəkilib. Tələbələrin şəhidlərimizin adlarının əbədiləşdirilməsi ücün atdıqları addımlar yüksək qiymətləndirilib.

 

Sonda Kimya fakültəsinin II kurs tələbələrinin iştirakı ilə çəkilmiş “Şəhidlər Ölməz” adlı videoçarx təqdim edilib.

 

Tədbir bədii hissə ilə başa çatıb.

Xəbər lenti