Logo

UNEC-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan rəsm sərgisi keçirilib

19.01.2022 13:36 355 baxış
IMG

UNEC-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan rəsm sərgisi keçirilib.

Sərgidə UNEC Dizayn Məktəbinin tələbələrinin xalqımızın yaddaşına şərəfli və qanlı hərflərlə yazılmış yanvar hadisələri ilə bağlı 20-yə yaxın rəsm əsərləri nümayiş etdirilib.

Tələbələr rəsm əsərlərində qanlı yanvar hadisələrini, xalqımıza qarşı törədilən faciəni əks etdirməklə, həm də insanların azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir etməyə çalışıblar.

Xəbər lenti