Logo

ADAU-da 20 Yanvar faciəsinə həsr olunan tədbirlər keçirilib

19.01.2022 14:24 136 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) fakültələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbirlər keçirilib.

Tehsil.biz xəbər verir ki, ilk tədbir Universitetin Aqrar iqtisadiyyat və Aqrobiznes fakültələrində professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilib.

İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxış edərək, Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb. Bildirib ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar qətliama məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib. Kafedranın müəllimləri Səbinə Əlizadə, Çinarə Səfərova və tələbələrdən Murad Alışov, Nurlana Rüstəmova 20 Yanvar faciəsinə həsr olunan çıxışlar ediblər.

Sonra Mühəndislik fakültəsində keçirilən tədbirdə çıxış edən fakültənin dekanı Təvəkgül İsmayılov 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyinə gedən yolda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyərək, əziz xatirələrini yad ediblər.

Fakültənin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Multikulturalizm və ictimai elmler kafedrasının dosenti Elgün Aslanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların qətlə yetirildiyini xatırladıb. Bildirib ki, xalqımız bu faciəni heç zaman unutmayacaq, şəhidlərinin xatirəsini daim əziz tutacaq.

Xəbər lenti