Logo

ADNSU-da 20 yanvar şəhidlərinin xatirəsi yad edilib

19.01.2022 14:49 289 baxış
IMG

Yanvarın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və şəhid ailələri Qanlı Yanvar faciəsi qurbanlarını dərin ehtiramla yad ediblər. Universitetin 20 Yanvarda şəhid olmuş tələbələrinin oxuduqları fakültələrin qarşısındakı barelyefləri önünə qərənfillər düzülüb. Sonra şəhid ailələrinin yaxınları ilə görüş keçirilib. Görüşdə rektor, professor M.Babanlı 20 yanvar hadisələrdən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.

Ənənəvi olaraq hər il ADNSU-da 20 Yanvar hadisələri yad olunur, həmin gecə baş vermiş tarixi hadisələr haqqında gənclərə ətraflı məlumat verilir. Bu il də ADNSU-da imtahan keçirilən auditoriyalarda imtahan öncəsi tələbələrə Azərbaycan xalqının milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsi, eləcə də həmin dövrdə baş verən tarixi hadisələr və 20 yanvar haqqında geniş məlumat verilib.         

Eyni zamanda Azİİ e Kitab Evində də Azərbaycanın suverenlik uğrunda ilk şəhidlərini verdiyi 20 yanvar faciəsi ilə əlaqədar kitab sərgisi təşkil olunub. Sərgidə 20 Yanvar hadisələrindən bəhs edən 50-dən çox kitab, salnamə, foto, jurnal, dövri mətbuat və digər materiallar yer alıb.

Xəbər lenti