Logo

ADAU-da CİS üzrə təlimlərə başlanılıb

19.01.2022 15:45 117 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrotexnologiya fakültəsində Yerquruluşu ixtisasının tələbələri üçün coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə start verilib.

Tehsil.biz xəbər verir ki, təlimçilər DAİM Göygöl rayon şöbəsinin mütəxəssisi Mehman Mehdiyev, Geodeziya ve Kartoqrafiya MMC-nin fotoqrammetriya üzrə mütəxəssisi Samir Həsənov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Zöhrab İsmayılovdur.

Təyin edilmiş qrafik üzrə təlimçilər hazırlanmış proqram əsasında tələbələrə istehsalatda aparılan yerquruluşu, geodeziya işləri, müasir CİS proqramları, geodeziya alət və avadanlıqlarının iş prinsiplərini, əlavə təcrübə və biliklərini çatdıracaqlar.

Xəbər lenti